media-hikmet-haciyev

Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycan və Türkmənistan prezidentlərinin Şuşaya birgə səfəri ilə bağlı paylaşım edib.

ERAmedia xəbər verir ki, Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında iki qardaş ölkə liderinin tarixi Şuşa şəhərində birgə gəzintisinin xalqlar arasında mövcud olan möhkəm dostluq bağlarının, ortaq mədəni irsin və qarşılıqlı etimadın bariz ifadəsi olduğunu bildirib.

O qeyd edib ki, bu səfər eyni zamanda Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq siyasi iradəni əks etdirir.


media-adspc

Bənzər xəbərlər