media-0473ccbf-9d40-467b-8fcd-4b2d9c208344
media-bant_master

media-5f9fa4d0-1a2c-48dc-b55d-04d318466a38

Mirzə Davud Bağır oğlu Hüseynov 1894-cü ilin martında Bakıda doğulub. 1906-cı ildə ödənişsiz şəhər məktəbi bitirib və Bakı Realnı məktəbə daxil olub.

ERAmedia xəbər verir ki, o dövrdə Rusiyada baş verən inqilab onun dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynayıb.

O, məktəbdə gizli təhsilli dərnəyi təşkil edir. Bu dərnəkdə siyasi mühazirələr oxunur, siyasi tarix öyrənilirdi. 1913-cü ildə ildə bitirərək Moskva Kommersiya İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olur. 1917-ci ildə Bakıya qayıdır.

1918-ci ilin noyabrından Rusiya Kommunist (bolşeviklər) Partiyasına üzv olur.
.
1919-cu il mayın 6-12-də Bakı proletariatının tətili baş verib. Tətilin əsas səbəbi ingilis komandanlığının “denikinçilər”ə su və dəmir yolu ilə silah göndərilməsinə qarşı yönəldilib. Tətil zamanı bütün mədən, zavod, fabrik, elektrik stansiyaları və s. fəaliyyəti dayandırılıb.T ətilin təşkilatçılarından biri Mirzə Davud Hüseynov idi.

Tezliklə həbs olunacağından xəbər tutan Mirzə Hüseynov inqilabi fəaliyyətə keçib.

1920-ci il fevralın 11-12-də Bakıda gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının I qurultayı keçirilir. Qurultayın işində Mirzə Davud Hüseynov yaxından iştirak edir. Qurultayda hazırkı vəziyyət haqqında məlumat verir. Qurultay AK(b)P MK-nın Ə. Bayramov, D. Bünyadzadə K. Ağazadə, V. Yeqorov, Ə. Qarayev, B. Naneyşvili, H. Sultanov, Y. Rodionov, M. Pleşakov, A. Yusifzadə, Mirzə Hüseynov və başqalarını rəhbərliyə seçir. Fevralın 12-də keçirilmiş AK(b)P MK-nın birinci plenumu Büro və Rəyasət Heyəti seçir. Mirzə Davud Hüseynov AK(b)P Mərkəzi Komitəsi Rəyasət Heyətinin rəhbəri təyin edilir.

O, 1930-1933-cü büdcə Tacikistan Kommunist Partiyası MK-nın birinci katibi vəzifəsində çalışır. Tacik xalqının birinci beşillikdə qazandığı nailiyyətlərdə Mirzə Davud Hüseynovun da zəhməti böyük olur. O, Tacikistanın mərkəzi Stalinabadın yaradılması və kollektivləşmənin genişlənməsində, elektrik enerjisi təchizatında xeyli iş görür. Ömrünün son illərində Moskvada işləyir.

Mirzə Davud Hüseynov N. Nərimanov Bakıya gələnə kimi rəsmi olaraq Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə, həmçinin Azərbaycan SSR Xalq Komissarları Sovetinə sədrlik edir, Azərbaycan MİK və Azərbaycan SSR XKS-nin verdiyi dekret və sərəncamları imzalayır.

1920-ci il mayın 5-də Mirzə Hüseynovun sədri kimi ilk imzaladığı dekretlərdən biri Azərbaycan kəndlərinin uzunmüddətli büdcəsindən ayrılmış torpaqların onlara verilməsi haqqında dekret idi.

Mirzə Davud Bağır oğlu Hüseynov 1938-ci ildə Stalin repressiyasının qurbanı olur.

O, Fətəli xan Xoyskinin qızı Tamara xanım Hüseynova-Xoyskaya ilə ailə həyatı qurmuşdu.

Vural Həsənoğlu

 


media-adspc

Bənzər xəbərlər