Taekvondoçularımız Tiranada 4 medal qazandılar
Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Albania Open” beynəlxalq turnirində Azərbaycan taekvondoçuları uğurla çıxış edərək 4 medal qazanıblar.
ERAmedia-ya Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yarışda gənclər arasında mübarizə aparan Novruz Əliyev (55 kiloqram) turnirin gümüş medalına sahib olub.
Böyüklərdən ibarət milli komandamızın üzvləri isə yarışı 3 bürünc mükafatla başa vurublar. Belə ki, Minayə Əkbərova (46 kiloqram), Fuad Məhərləmli (63 kiloqram) və Cavad Ağayev (74 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.










