media-videoedited
media-mirsahion-otuz
media-shehidler_olmez_baner_full

Deyəsən, Cabir İmanovun ruhunu rahat buraxmaq istəməyənlər, daha doğrusu, qarahüruhun Yal Taqları sakitləşmək fikrində deyillər. Deməli, bu həm də o deməkdir ki, biz də, yəni sağlam təfəkkürün tərəfində olan, dövlətçi zehniyyətə malik düşərgə də sakitləşməli deyilik!

ERAmedia xəbər verir ki, bu sözləri Real Televiziyasının rəhbəri, əməkdar jurnalist Mir Şahin qeyd edib.

“Cabir İmanov da, Tahir İmanov da milli-dövlətçi ziyalı dünyagörüşünün parlaq təmsilçiləridir. Biz onları – satiranın yüksək liqasının nümayəndələrini populist, avto-lavka “bədiyyatının” sosial şəbəkələrdə kütləyə aşağı zövq aşılayan qara-qura güruhunun ayağına verməyəcəyik və verməməliyik”, – deyə o bildirib.

Mir Şahin buna cavab hazırladığını da anons edib:

“Tahir, əzizim, siz hüznünüzlə məşğul olun, dərdinizə şərikik. “Təfərrüatlarla”, tullantılarla biz məşğul olarıq! Oktyabrın 12-ni, saat 21-00-da Bizi (!) gözləsinlər! İşğal edilmiş bütün ərazilərimizi, o cümlədən doğma Laçını qaytaran Ali Baş Komandana təşəkkür etməyə üfunət qoxuyan qaragüruhun linç qorxusu qarşısında (!) cəsarəti çatmayan nankor sürüsünə müdhiş cavabımız olacaq! 12 oktyabr saat 21-00!”.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər