media-560427134_18287976595278097_7806312633663827555_n
media-bant_master
Səhiyyə Nazirliyinin Respublika Qan Bankı tərəfindən Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində 06-10 oktyabr tarixlərində “Park Bulvar” ticarət mərkəzində könüllü qanvermə aksiyası keçirilir.
ERAmedia xəbər verir ki, tədbirin əsas məqsədi irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq qan ehtiyatlarının artırılması, ehtiyacı olan şəxslərin təhlükəsiz qan və qan komponentləri ilə təmin edilməsidir.
Aksiya hər gün saat 14:00-dan 21:00-dək davam edəcək.
Qan donorluğu sağlamlıq və həmrəylik nümunəsidir. Hər bir vətəndaşın könüllü iştirakı bu nəcib təşəbbüsün uğuruna töhfə verməklə yanaşı, yüzlərlə həyatın xilas edilməsinə imkan yaradacaq.
media-560427134_18287976595278097_7806312633663827555_n

media-adspc

Bənzər xəbərlər