media-47230099_2523692587657571_8889668410988822528_n

Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Anar Namazov “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub.

ERAmedia xəbər verir ki, bununla bağlı Səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, “Səhiyyə əlaçısı” döş nişanı səhiyyə sahəsində yüksək peşəkarlıq və xüsusi nailiyyətlər əldə etmiş, o cümlədən 10 il və daha artıq əmək təcrübəsi olan olan həkimlərə verilir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər