Tanınmış Əməkdar müəllim vəfat edib
Tanınmış alim, fəlsəfə elmlər doktoru, professor, Prezident təqaüdçüsü Həsən Sadıqov vəfat edib.
ERAmedia xəbər verir ki, görkəmli alim 97 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Həsən Sadıqov 1928-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. O, 1955-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. 1964-cü ildə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub.
H.Sadıqov Sumqayıt Dövlət Universitetinin Fəlsəfə, Sosiologiya və Politologiya kafedaralarında çalışıb. Mərhum professor fəlsəfə elminin müxtəlif sahələrinə aid onlarla kitabın, yüzlərlə məqalənin müəllifidir.
Allah rəhmət eləsin!