media-580699430_3180892295424922_1318574827405358776_n
media-bant_master

Naxçıvan Dövlət Televiziyasının sabiq sədri Sahil Tahirli “Hədəf” Şirkətlər Qrupunda yeni vəzifəyə təyin olunub.

ERAmedia xəbər verir ki, jurnalist bu barədə öz sosial şəbəkə hesabında paylayışım edib: “Bu gündən fəaliyyətimi media ilə yanaşı, həm də “Hədəf Şirkətlər Qrupu”nda baş direktorun müşaviri vəzifəsində davam etdirəcəyəm. Hər bir iş insana həm də hüzur, hörmət və etibar qazandırmalıdır. Ona görə də iş təklifləri sırasından seçimim “Hədəf” oldu. Hörmətli Şəmil Sadıq illərdir böyük zəhmət və peşəkarlıqla şirkəti ölkənin ən etibarlı, daim inkişaf edən, innovativ elm-təhsil-mədəniyyət-vətnəpərvərlik ocağına, minlərlə gəncin, ziyalının hər gün üz tutduğu ünvana çevirə bilib. Göstərilən diqqətə və sayğıya görə Şəmil müəllimə təşəkkür edirəm. Həyat belədir: günlər, saatlar, anlar bitir, amma hədəflər, məqsədlər bitmir… Yeni hədəflərə doğru…”

Qeyd edək ki, Sahil Tahirli 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2013-2025-ci illərdə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifələrində çalışıb.

 


media-adspc

Bənzər xəbərlər