Tanınmış müğənni yol qəzasında dünyasını dəyişib
Ötən gecə Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
ERAmedia xəbər verir bu barədə sosial şəbəkələrdə xəbər yayılıb.
Qeyd olunur ağırtonnajlı yük maşınının minik avtomobilinə çırpılması nəticəsində Qubadlı rayon Qaralar kənd sakini 1980-ci il təvəllüdlü Kamil Əlövsət oğlu Sərməsov dünyasını dəyişib.
Kamil Sərməsov müğənni kimi fəaliyyət göstərirmiş.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Allah rəhmət eləsin!










