media-77f6ef4f-4d23-4d2a-9c96-1d85d773139f
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnsititutunun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əflatun Şakir oğlu Baxşəliyev uzunmüddətli xəstəlikdən sonra ötən gün vəfat edib.
ERAmedia-ya bu barədə ailənin yaxınları məlumat verib.
Qeyd edək ki, Əflatun Baxşəliyevin 20 şeir toplusu çap olunub. O cümlədən “Sevgi qanadlarında”, “Ürəyimin səsi”, “Vətən oğlu, el qeyrəti”, “Qeyrətli oğullar”, “Hər insan bir dünyadır”, “Sən Allahla ol”, “Taleyimin dan yeri”, “Sevda qoxulu çiçəklər”, “Günəş olmaq istəyirəm”, “Qarabağ Azərbaycandır”, “Dağlar da kövrələrmiş”kitabları oxuculara tanışdır.
Allah rəhmət eləsin!

media-adspc

Bənzər xəbərlər