Tanınmış sənətçidən məhkəmə iddası – 2 milyon istəyir
Yavuz Bingöl “Kumpanya” adlı əsərinin icazəsiz istifadə edildiyini iddia edərək “Başıbozuklar” filmi ilə bağlı məhkəməyə müraciət edib.
ERAmedia xəbər verir ki, məlumata görə, sənətçi “Kumpanya” adlı əsərinin icazəsiz şəkildə istifadə edildiyini əsas gətirərək “Başıbozuklar” filmi barədə hüquqi proses başladıb. Qaldırılan iddia qısa müddət ərzində sənət və kino ictimaiyyətinin gündəminə çevrilib.
Məhkəmə Yavuz Bingölün filmin kinoteatrlarda nümayişinin dayandırılması ilə bağlı tələbini rədd edib. Bu qərar işin gedişatı baxımından mühüm inkişaf kimi dəyərləndirilir.
Digər tərəfdən, məhkəmə cavabdeh tərəf üçün 2 milyon TL məbləğində təminat şərti müəyyən edib. Prosesin növbəti günlərdə necə davam edəcəyi isə maraqla izlənilir.
Vüsalə










