media-whatsapp-image-2026-05-12-at-09-57-47

İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mübarizədə böyük şücaət göstərən azərbaycanlı qəhrəman Mehdi Hüseynzadənin İtaliya partizanları ilə çəkilmiş nadir fotosu yenidən diqqət mərkəzinə düşüb.

ERAmedia xəbər verir ki, fotoda “Mixaylo” ləqəbi ilə tanınan Mehdi Hüseynzadə sağdan üçüncü sırada, arxa tərəfdə görüntülənib. Onun ətrafında isə İtaliya partizan dəstəsinin üzvləri yer alır.

Tarixi kadr Avropada faşizmə qarşı müqavimət hərəkatında azərbaycanlı döyüşçülərin oynadığı mühüm rolu bir daha xatırladır.

Kəşfiyyatçı partizan kimi tanınan Mehdi Hüseynzadə Yuqoslaviya və İtaliya ərazilərində alman faşist qüvvələrinə qarşı bir sıra uğurlu əməliyyatlar həyata keçirib. Cəsarəti və peşəkarlığı ilə seçilən “Mixaylo” düşmənin hərbi obyektlərinə qarşı təşkil etdiyi diversiyalarla partizan hərəkatının əfsanəsinə çevrilib.

Tarixi mənbələrə görə, onun həyata keçirdiyi əməliyyatlar faşist qüvvələrinə ciddi itkilər verib və Avropadakı müqavimət qüvvələrinin fəaliyyətinə mühüm dəstək olub.

Bu foto yalnız bir xatirə deyil, həm də Azərbaycan xalqının faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığın canlı tarixi sənədi kimi dəyərləndirilir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər