media-fazil-mustafa

Türkiyəni və orada baş verən müəyyən prosesləri tənqid etmək olar.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, hətta tarixi aspektdə doğru hesab edilən fikirləri yazmaq və səsləndirmək bir çox hallarda faydalı ola bilər.

Deputatın sözlərinə görə, bunu günümüzdə Azərbaycan-Türkiyə arasında mövcud olan qardaşlıq münasibətləri üzərindən etmək isə sadəcə fürsətçilikdir.

Fazil Mustafa qeyd edib ki, belə fürsətçiliyin nümunəsi 15 il əvvəlki bayraq məsələsində də müşahidə olunub:

“Türkiyənin bəzi rəsmiləri tərəfindən atılan yanlış addım var idi. Ancaq super vətənpərvər görünmək üçün Türkiyəyə və onun bayrağına qarşı aqressivlik göstərənləri indi də xatırlayıram. Adamlar dərhal unudurlar ki, bu gün əldə etdiyimiz müstəqilliyin Haqq deyilən səhifəsində bizim dəyərli şəxsiyyətlərlə yanaşı həm də Ənvər Paşanın, Nuri Paşanın, Kazım Qarabəkir Paşanın və Şəhidlər Xiyabanında məzarı olan və heç yerdə məzarı olmayan minlərlə türk şəhidinin ruhu dolaşır”.

Deputat vurğulayıb ki, bu mövqenin arxasında hər hansı sifariş axtarmaq düzgün deyil. “Qətiyyən sifariş-filan da yoxdur. Adamlar özlərini bazara sifariş edirlər”, – deyə o əlavə edib.

Fazil Mustafa xatırladıb ki, Ermənistanla bağlı siyasi iddianı əsaslandırmaq məqsədilə rəsmi səviyyədə haqlı olaraq İrəvan məsələsi gündəmə gətiriləndə də oxşar yanaşma nümayiş etdirilib.

“Eyni fürsətçilər bunu Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə qarşı kampaniyaya çevirərək onun əleyhinə silsilə yazılar yazmışdılar. Əlbəttə, Rəsulzadəni də, hər bir tarixi şəxsiyyəti də təhlil və tənqid etmək olar. Ancaq onun Vətən sevgisini müzakirəyə çıxarmaq nəinki ədalətsiz, həm də mənəviyyatsız davranışdır. Buna görə heç mükafat da verən olmadı, ancaq yazılanlar qaldı”, – deyə deputat bildirib.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər