media-101
media-bant_master

media-71407ac4-7387-4e0a-8f24-97804629ef1f

Nurlan BAYRAMOV,

Zəngilan Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi

 

Yeraltı və yerüstü sərvətləri bol olan, əlverişli iqlim şəraitinə malik və daxili xanlıqlar arası feodal çəkişmələri nəticəsində Azərbaycan daim xarici müdaxilələrlə qarşılaşıb. Azərbaycana hücum edən yadelli işğalçılar onun var-dövlətini talayıb müqavimət göstərən insanları məhv edir, torpağını işğal edirdilər. Azərbaycana ən çox gözdikən əsasən qonşu dövlətlər olmuşdu, lakin onlar ölkəmizi asanlıqla məğlub edə bilmirdilər. Onlara müqavimət göstərən xalqımız meydanda əsl qəhrəmanlıq göstərirdilər. Zaman-zaman torpaqlarımız ən çox qonşularımız tərəfindən işğal edilirdi.

Tarixdə Babək, Şah İsmayıl kimi tarixi şəxsiyyətlər yadelli işğalçılarla ölüm-dirim mübarizəsinə girərək torpaqlarımızı bərpa etmişlər. XIX əsrin əvvələrində isə Rusiya-İran müharibəsi Gülüstan və Türkmənçay müqaviləsi sülh müqaviləsi ilə nəticələnmişdi. Bu müqavilələr nəticəsində Azərbaycan ikiyə bölündu, Araz çayından cənubu İrana, şimalı isə çar Rusiyasına verildi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra isə Sovetlər zamanı dilbər guşəmiz olan Zəngəzur Ermənistana verildi. Bu azmış kimi respublikamızın Qarabağ bölgəsində zonasında Yaxın şərqdən, İrandan, Türkiyədən, Livandan qovulan Qarabağda məskunlaşdırıldı. Daima xarici qəsbkarların əlində oyuncaq aləti olan ermənilər onlara yaradılan yüksək şəraitdən narazı olmalarını açıq bəyan edərək 1988-ci ildə Azərbaycanda separatçlığa başladılar və Ermənistanın tərkibinə daxil olmaq üçün ciddi məlum münaqişəni yaratdılar. Bunun üçün regionda ocaq yaradan daşnak ermənilər həm təpədən-dırnağa qədər silahlanmış həmdə havadarlarına arxalanaraq hərəkətə keçdilər. Nəticədə ərazilərimizin 20 faizi işğal olundu, çoxsaylı şəhidlər və 1 milyona yaxın soydaşımız öz dədə-baba yurdundan didərgin düşdü. Təzəcə müstəqillik əldə edən Azərbaycanın ordusu yox idi, xalqdan silahlar yığılmışdı. Dövlət səviyyəsində xariclə ciddi əlaqa yox idi, lakin buna baxmayaraq qəhrəman oğullarımız ölkəni
qorumaqda mətin dayanmışdılar. Amma “arxalı köpək qurd basar” atalar sözü həqiqəti üzə çıxardı, arxasında duran dövlətlərin hesabına rayonlarımız bir-bir işğala məruz qaldı. Bu dövrə qədər Ramiz Qəmbərov, Əliyar Əliyev, Allahverdi Bağırov kimi minlərlə şəhid verdik. Belə mürəkkəb şəraitdə 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi və Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi, ömrünün son anına qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini diplomatik və sülh yoluilə həll etməyə çalışdı. 2003-cü ildə xalqımızın yekdil səsi ilə prezident seçilən İlham Əliyev Ulu Öndər siyasi kursuna sadiqliyini bəyan etdi, diplomatik yollarla torpaqlarımızı işğaldan azad etməyə çalışdı. İpə-sapa yatmayan ermənilər ağalarına arxalanaraq torpaqları qaytarmaqdan imtina etdilər. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən Müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq və birliyin simvoluna çevrildi. 44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düsmən üzərində parlaq qələbə qazandı. Bu qələbə nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan, Şuşa və digər ərazilər işğaldan azad edildi, Azərbaycan ərazi bütövlüyü və suverliyi təmin olundu. Azərbaycan xalqının qəlbində xüsusi yer tutan, mədəniyətimizin beşiyi sayılan Şuşa şəhərinin 8 noyabr 2020-ci ildə azad edilməsi Vətən müharibəsinin taleyini həll edən dönüş nöqtəsi oldu. Şuşanın azad olunması həm hərbi, həm siyasi, həmdə mənəvi baxımdan Azərbaycanın müzəffərliyini dünyaya nümayiş etdirdi. Zəfərdən sonra ölkəmizdə Böyük Qayıdış dövrü başlamışdır. Azad edilmiş torpaqlarda geniş miqyaslı bərpa v əyenidənqurma işləri, müasir infrastrukturun yaradılması, şəhər və kəndlərin yenidən salınması həyata keçirlir. Bu proses həm torpaqlara həyatın qayıdışı həmdə Azərbaycan xalqının milli dirçəlişinin göstəricisidir. Bu qələbə Müzəffər Ali Baş komandan İlham Əliyevin uzaqgörən siyasəti, dəmir iradəsi və xalqımızın qəhrəman övladlarının canı və qanı bahasına qazanıldı. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi
yaşayacaq, onların qəhrəmanlığı hər zaman gənc nəsillər üçün vətənpərvərlik məktəbi
olacaq. Azərbaycan dövləti şəhid ailələrinə, qazilərə hər zaman dərin ehtiram və diqqətlə yanaşır. Bu gün biz azad, güclü və qalib Azərbaycan vətəndaşları kimi zəfərimizin sevincini və qürurunu yaşayırıq. Azərbaycan dövləti xalqı və ordusu tarix qarşısında bir daha sübut etdi ki, hec bir güc Azərbaycan xalqının iradəsini sındıra bilməz.

Cənab Prezidentin “Biz bu torpaqlarda əbədi yaşayacağıq”, ”Qarabağ Azərbaycandır!” sözləri milyonlarla azərbaycanlının qəlbində bir amal kimi həkk olundu və xalq-ordu birliyinin rəmzinə çevrildi. Bu möhtəşəm qələbə münasibətilə Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirəm. 8 Noyabr Zəfər Günümüz mübarək!

 

 


media-adspc

Bənzər xəbərlər