Ranaldu

Kriştianu Ronaldu yenidən özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab etdiyini açıqlayıb.

ERAmedia xəbər verir ki, bu fikirlər ulduz futbolçunun karyerası və çıxışları ilə bağlı son müzakirələr fonunda “CNN Portugal”a verdiyi müsahibə zamanı səsləndirilib.

“Tarixin ən yaxşısı mənəm və nöqtə”, – deyə ulduz futbolçu vurğulayıb.

O, həmçinin özündən daha üstün birini tanımadığını qeyd edib. Hücumçu şəxsi statistikasına və rəqəmlərə əsaslanaraq bu iddia ilə çıxış edib.

Ronaldu Lionel Messi ilə uzun illər davam edən rəqabətini “Formula-1″dəki Ayrton Senna və Alen Prost arasında olan tarixi mübarizə ilə müqayisə edib.

Portuqaliyalı hücumçu eyni zamanda tarixi nailiyyətə çatmaq üçün mübarizəsini davam etdirir – hazırda karyerası ərzində 980 rəsmi qola imza atan futbolçu bu rəqəmi 1000-ə çatdırmaq niyyətindədir.


media-adspc

Bənzər xəbərlər