media-videoedited
media-68f4fc5f4feb768f4fc5f4feb8176088585568f4fc5f4feb568f4fc5f4feb6
media-shehidler_olmez_baner_full

Ötən gün Tbilisidə Rustaveli prospektində keçirilən aksiya zamanı 27 nəfər qanun pozucusu müəyyən edilib.

ERAmedia  xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Həmin şəxslər arasında yolu qanunsuz olaraq bağlayan 14 nəfər həbs olunub. 13 nəfər barəsində isə inzibati tədbir görülür və onların işlərinə yaxın günlərdə inzibati qaydada məhkəmədə baxılacaq.

Qeyd edək ki, oktyabrın 17-dən Gürcüstanda aksiyaların keçirilmə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib. Aksiya zamanı yolun qanunsuz olaraq bağlanılmasına və üzün maska ilə gizlədilməsinə görə 15 sutkalıq inzibati həbs tətbiq olunur.


media-adspc

Bənzər xəbərlər