media-videoedited
media-yxxsr9ywhwu1b4gjqemypty9u2cpytgd2gdzjphh_1200
media-shehidler_olmez_baner_full

Oktyabrın 22-23-də Tbilisidə V İpək Yolu Forumu keçiriləcək.

ERAmedia  xəbər verir ki, toplantı 60-dan çox ölkədən 2000-dən çox iştirakçını – hökumət başçılarını, biznes və sənaye liderlərini, həmçinin beynəlxalq təşkilatların və maliyyə qurumlarının yüksək səviyyəli nümayəndələrini bir araya gətirəcək. Forum ticarət, nəqliyyat, enerji, investisiya, rəqəmsal transformasiya və davamlı iqtisadi artımla bağlı müzakirələr üçün mühüm platforma rolunu oynayacaq.

Qeyd edək ki, tədbirdə Azərbaycanı Baş nazir Əli Əsədov, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və energetika nazirinin müavini Elnur Soltanov təmsil edəcək.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər