media-videoedited
media-farid-mustafayev
media-shehidler_olmez_baner_full

FƏRİD MUSTAFAYEV

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Türk Dövlətləri Təşkilatı artıq yalnız mədəni və tarixi əlaqələr çərçivəsində deyil, həm də siyasi və iqtisadi əməkdaşlıq baxımından strateji platformaya çevrilib. Prezident İlham Əliyev qeyd etdi ki, bu gün təşkilatın təsiri regionun geosiyasi mənzərəsində hərtərəfli görünür. Ortak iqtisadi layihələr, enerji və nəqliyyat dəhlizləri, eləcə də təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq, türk dövlətlərini beynəlxalq arenada yeni bir güc mərkəzinə çevirir.

Azərbaycanın təşəbbüsü ilə təşkilat Katibliyinə ayrılan ianələr və maliyyə dəstəyi, üzv dövlətlərin fəaliyyətini gücləndirmək və birgə layihələri sürətləndirmək məqsədini daşıyır. Bu addımlar eyni zamanda Türk Dövlətləri Təşkilatının effektivliyini artırır, strateji qərarların həyata keçirilməsini təmin edir və hər bir üzv dövlətin maraqlarını balanslı şəkildə qoruyur.

Prezident İlham Əliyev vurğuladı ki, Türk Dövlətləri Təşkilatının bu günki rolu, yalnız regional deyil, qlobal siyasətə təsir imkanlarını da genişləndirir. Qlobal iqtisadi və enerji bazarlarında birgə mövqelər, nəqliyyat dəhlizlərinin inkişafı və qarşılıqlı sərmayə təşəbbüsləri bu inteqrasiyanın təməlini təşkil edir. Azərbaycanın sülh siyasəti, Prezident İlham Əliyevin sözlərinə görə, regionda sabitliyin və inkişafın əsas dayağıdır. Bugünkü dünya reallığında hər bir ölkənin rifahı, təhlükəsizlik və stabillik prinsiplərinə bağlıdır. Azərbaycanın sülh təşəbbüsləri yalnız daxili sabitliyi təmin etmir, həm də qonşu dövlətlərlə qarşılıqlı etimadın formalaşmasına xidmət edir. Qəbələ Zirvəsində Prezident bildirdi ki, regionda sülhün təmin olunması üçün hərbi güc və iqtisadi sabitlik bir-birini tamamlamalıdır. Azərbaycan Ordusunun yüksək hazırlığı və dövlətin müdafiə strategiyası, sülh gündəliyinin ən etibarlı təminatçısıdır. Bununla yanaşı, Azərbaycanın enerji, nəqliyyat və kommunikasiyalar sahəsində həyata keçirdiyi layihələr, sülhün iqtisadi və sosial aspektini gücləndirir. Zəngəzur dəhlizinin açılması da bu strategiyanın mühüm hissəsidir. Bu dəhliz, Türk Dövlətləri Təşkilatı ölkələri arasında nəqliyyat və ticarət əlaqələrini möhkəmləndirir, iqtisadi inteqrasiyanı dərinləşdirir və türk dünyasında birliyi daha da konkret şəkildə təmin edir. Eyni zamanda Azərbaycan bərpaolunan enerji mənbələrinə sərmayələr cəlb edərək, regionun enerji təhlükəsizliyini möhkəmləndirir və davamlı inkişaf prinsipini dəstəkləyir.

Qəbələ Zirvəsi göstərdi ki, Türk Dövlətləri Təşkilatı yalnız tarixi və mədəni birliyi deyil, həm də qlobal səviyyədə təsir imkanlarını genişləndirən strateji platformaya çevrilib. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın sülh gündəliyinin regionda dayanıqlı təhlükəsizlik və inkişaf üçün əsas faktor olduğunu bir daha sübut etdi. Azərbaycanın təşəbbüsləri və liderliyi, Türk Dövlətləri Təşkilatını beynəlxalq siyasətdə güclü və etibarlı aktora çevirir.

Qlobal geosiyasi dəyişikliklər fonunda Azərbaycan, sülh və sabitliyi təmin edən, eyni zamanda iqtisadi və strateji əməkdaşlığı gücləndirən təşəbbüsləri ilə türk dünyasında etibarlı lider mövqeyini qoruyur.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər