media-tdt-bayraqlar-900x600

2026-cı il mayın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi zirvəsi “Süni intellekt və rəqəmsal inkişaf” mövzusu ilə türk dünyasının mənəvi paytaxtı Türküstanda, Qazaxıstanın ev sahibliyi ilə keçiriləcək.

ERAmedia-ya bu barədə Türk Dövlətləri Təşkilatından (TDT) məlumat verilib.

Bildirilib ki, TDT-yə üzv dövlətlərin və müşahidəçilərin dövlət və hökumət başçılarını, eləcə də TDT-nin baş katibini bir araya gətirəcək tədbir sürətlə inkişaf edən rəqəmsal dövrdə əməkdaşlığın prioritet istiqamətlərinin müzakirəsi üçün mühüm platforma olacaq.

Zirvədə, həmçinin Ağsaqqallar Şurası və türk əməkdaşlıq təşkilatları da iştirak edəcək.

Qeyri-rəsmi zirvə süni intellekt, rəqəmsal innovasiya və yeni yaranan texnologiyaların transformasiyaedici potensialından istifadə etməklə dayanıqlı iqtisadi artımın təşviqi, dövlət xidmətlərinin təkmilləşdirilməsi və regional əlaqəliliyin gücləndirilməsi istiqamətində türk dövlətləri arasında strateji dialoqun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Rəsmi proqram çərçivəsində Dövlət Başçıları Şurasının iclasından əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının iclası da keçiriləcək.

Zirvənin türk dünyasının mənəvi paytaxtı Türküstanda keçirilməsi türk xalqlarının ortaq tarixi irsi ilə dinamik və rəqəmsal baxımdan gücləndirilmiş gələcəyin qurulması istiqamətində ortaq baxışın güclü simvolu kimi çıxış edir. Zirvənin türk dövlətləri arasında birlik, həmrəylik və nəticəyönümlü əməkdaşlığı daha da gücləndirəcəyi gözlənilir.


media-adspc

Bənzər xəbərlər