media-1757420183_tebib_290923_1754996712

Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) əsas diqqət radiologiya və həkimlərin işinin optimallaşdırılmasına yönəlmiş süni intellekt həlləri üzrə hazırlığa və onların sınaqdan keçirilməsinə verilir.

ERAmedia xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və Kommunikasiya Departamentindən məlumat verilib.

Bildirilib ki, əldə olunan nəticələr əsasında uyğun həllərin mərhələli tətbiqi nəzərdə tutulur.

Həmçinin qeyd edilib ki, süni intellektəsaslı həllərin tətbiqi digər sahələrdə olduğu kimi, səhiyyə sektorunda da geniş vüsət alıb. Müasir çağırışlar nəzərə alınaraq, TƏBİB tərəfindən bu istiqamətdə müvafiq araşdırmalar aparılır və zəruri addımlar atılır.


media-adspc

Bənzər xəbərlər