media-kesilmis-agac-238x178

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərində, Ağsu və Şəmkir rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

ERAmedia xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Mikayıl Hüseynov prospektində, Yasamal rayonu Mətbuat prospektində, Ağsu rayonunun Suraxanı və Şəmkirin Sabirkənd kəndləri ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 136 min 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.


media-adspc

Bənzər xəbərlər