Təbii Vitamin Kompleksi
- 1001 dərdin dərmanı
Yarım stəkan kişmiş, 1 stəkan qoz, 0,5 stəkan badam (şam fıstığı immuniteti artırmaq üçün əla əlavədir) və 2 limonun qabığını üyüdün.
Limonları sıxıb ət halına gətirin, sonra qabıqlarını ayrıca üyüdün. Daha sonra 0,5 stəkan quru ərik və eyni miqdarda gavalı və 150 qram bal əlavə edin. Qaranlıq yerdə 1-2 gün dəmləyin, sonra soyuducuda saxlayın.
Böyüklər gündə 3 dəfə 1-2 xörək qaşığı, 3 yaşdan yuxarı uşaqlar isə gündə 2 dəfə 1 çay qaşığı qəbul edirlər.
Tamilla Manaf










