media-enterance_to_the_ministry_of_foreign_affairs_of_azerbaijan

Azərbaycanın Təbrizdə yol-nəqliyyat hadisəsi zamanı vəfat edən konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib.

ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

“Diplomat bu gün Göyçayda dəfn olunacaq”,- deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranov Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşərək vəfat edib.


media-adspc

Bənzər xəbərlər