media-photo_5404428761438031325_x

Başda Təbriz olmaqla Güney Azərbaycanın mitinqlərə qoşulması İranda rejimin əleyhinə olan prosesləri sürətləndirəcək.

ERAmedia xəbər verir ki, bunu siyasi təhlilçi Asif Nərimanlı deyib.

O vurğulayıb ki, azərbaycanlıların digər bölgələrdəki aksiyalarda səslənən sosial-iqtisadi şüarlardan fərqli olaraq, milli tələblər irəli sürməsi – rejimi də, onun yerinə göz dikən Pəhləvini də rədd etməsi, azadlıq, milli hökumət istəməsi post-rejim dövrünü üfüqdə göstərir.

“İranda hadisələrin hansı istiqamətdə inkişafı Arazın o tayındakı milyonlarla soydaşımızın gələcəyi baxımından Azərbaycan üçün taleyüklü məsələdir. Azərbaycan dövləti İranın daxili işlərinə qarışmır, lakin post-rejim dövrünə də hazırlıqlı olmalıyıq.

Güney Azərbaycan məsələsi Qarabağ kimi, Azərbaycan dövlətinin və millətinin taleyidir, bu taleyi bir gün yaşamalıyıq, – deyə o qeyd edib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər