Təbrizli jurnalist həbs edildi
Son illərdə Təbriz şəhərinin idarəçiliyi sahəsində tənqidi yanaşma ilə fəaliyyət göstərən təbrizli jurnalist və “Bitərəf” xəbər saytının baş redaktoru Cavad Ağacanejad Təbriz meri Yaqub Huşyarın şikayətindən sonra həbs edilib.
ERAmedia xəbər verir ki, Cavad Ağacanejad ona qarşı çıxarılmış hökmün qüvvəyə minməsi xəbərini təsdiqləyib və bazar ertəsi bir illik həbs cəzasını çəkmək üçün Təbriz həbsxanasına göndərilib.
Təbrizli jurnalist bir il həbs və iki il müddətinə mətbuat fəaliyyətinə qadağa cəzasına məhkum edilib.
Vüsalə










