media-photo_5213119776929026863_w

Liviyanın cənub-şərqində yerləşən Kufra şəhərində helikopter qəzası baş verib.

ERAmedia xəbər verir ki, məlumata görə, helikopterdə olan 3 nəfər həyatını itirib.

Kufra Bələdiyyəsinin Mətbuat Ofisi Kufra bələdiyyə başçısı Məhəmməd Abdurrahim Bumerizin qəza nəticəsində həlak olanlarla bağlı yaydığı başsağlığı mesajını paylaşıb.

Bumeriz mesajında bildirib ki, Kufradakı əs-Sarre Hava Bazasında təcili tibbi yardım xidməti göstərən helikopterin qəzaya uğradığı və helikopterdə olan 3 nəfərin həyatını itirdiyi xəbəri dərin kədərlə qarşılanıb.

Qəza nəticəsində həlak olan şəxslərin adlarını da açıqlayan Bumeriz onların ailə üzvlərinə və yaxınlarına səbir və başsağlığı diləklərini çatdırıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər