media-zengezur-dehliz
media-bant_master

media-f404fbd83b2adee516642528864ad479qulamhuseynesa-jpg

  • Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli

İranın ali dini rəhbəri Xamneyinin müşaviri Vilayəti İranın Zəngəzur dəhlizinə qarşı olduğunu növbəti dəfə tirajlayıb. Ümumiyyətlə, Azərbaycanla bağlı olan hər hansı bir məsələyə Tehranın fars mollla rejimi belə ağrılı yanaşır və sərt mövqe sərgiləməyə çalışır. Başqa sözlə, rəsmi Tehran hər zaman Azərbaycanla əlaqədar layihələri bloklamağa çalışır. Zəngəzur dəhlizi ilə bağlı məsələdə də bunu görürük.

Bu sözləri ERAmedia-ya açıqlamasında Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli deyib.

O qeyd edib ki, İran Bəndər-Abbas Limanı vasitəsilə Avropa və Aralıq dənizinə çıxış əldə etməyi hədəfləyir:

“Bununla da Şərq-Qərb marşrutu üzərində aparıcı qurum kimi qalmaq istəyir. Ona görə də rəsmi Tehranın mühafizəkar rejimi bu məsələlərin əleyhinə çıxır.

Tehranın mühafizəkar fars mollla rejiminin Zəngəzur dəhlizinə qarşı olduğunu növbəti dəfə dilə gətirməsi İranla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması üçün təşəbbüslərin fəalllaşdığı dovrə təsadüf etməsi diqqətçəkən məqamdır. Bu açıqlama adı çəkilən məsələyə münasibətdə İranın siyasi elitası daxilində Pezeşkian administrasiyası ilə fars mollla rejimi arasında ziddiyyıtlərin təzahürü də sayıla bilər”.

Q.Əlibəyli vurğulayıb ki, Pezeşkian administrasiyası bir tərəfdən İranla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması istiqamətində cəy göstərir.

“Digər tərəfdən isə Zəngəzur dəhlizini (“Tramp marşrutu”nu) İranın həyati maraqlarına zidd hesab etmədiyini ifadə edir, dolayısı ilə həmin dəhlizin imkanlarından İranın da yararlanmasına nail olmaq üçün diplomatik fəallığını artırır. Məhz bir neçə gün əvvəl İranın Xarici İşlər naziri Əraqçının Azərbaycana səfəri də bu diplomatic fəallıq kontekstində nəzərdən keçirilməlidir. Bu səfər regionda mövcud geosiyasi reallıqlar şəraitində Azərbaycanın real gücünün daha da artdığını, regional layihələrdə İranın maraqlarının nəzərə alınması və dəhlizin imkanlarından yararlanması üçün ilk növbədə Azərbaycanla müzakirələrin labüdlüyünün Pezeşkian administrasiyası tərəfindən etiraf olunduğunu göstərir”, – deyə o bildirib.

Sabiq deputatın sözlərinə görə, Vilayətinin açıqlamalarının Pezeşkian administrasiyasının bu mövqeyinə qarşı olduğu şübhəsizdir:

“Görünür, İranın mühafizəkar fars molla rejimi Zəngəzur dəhlizinə qarşı Rusiya ilə birlikdə hərəkət etmək, Azərbaycanla münasibətlərin normallaşmasına mane olmaq, daxildə isə Pezeşkian administrasiyasına təzyiqləri gücləndirmək niyyətindədir. Diqqətçəkən məqamlardan biri də bundan ibarətdir ki, mühafizəkar fars molla rejiminin “qırmızı xətt” elan etdiyi Ermənistan dəhliz məsələsində Azərbaycan, Türkiyə və ABŞ-la demək olar ki, eyni mövqeni bölüşür.
Görünən odur ki, Tehranın mühafizəkar fars mollla rejiminin nümayəndələrinin bu kimi aşıqlamaları regionda geosiyasi balansı dəyişmək və Zəngəzur dəhlizi ilə bağlı proseslərin gedişinə təsir göstərmək gücündə deyil, indiki vəziyyətdə artıq İranın bu prosesə qarşı çıxmaq imkanı və ya rıçaqları yoxdur. Gec-tez Zəngəzur dəhlizi açılacaq, mühafizəkar rejim isə İranı isə prosesdən kənarda qoyacaq”.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər