media-kitab-senaysi

23 sentyabr bəşəriyyətin nəhəng dühalarından biri, psixoanalizin banisi Ziqmund Freydin anım günü idi.

Təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında Freydin əsərlərindən birini 1991-ci ilin sentyabrında “Akademkitab” kitab mağazasından əldə etməsi ilə bağlı xatirələrini bölüşüb.

“İstiqlaliyyət küçəsində “Akademkitab” adlı kitab dükanı var idi. Akademik nəşrlər yalnız adını çəkdiyim dükana gəlirdi. Bu nəhəng mağazanın müdiri mükəmməl kitab bilicisi, alimlərin dostu Albina Petrovna adlı mədəni bir xanım idi”, – deyə Etibar Əliyev bildirib.

Onun sözlərinə görə, həmin dövrdə Freydin əsərləri Sovetlər İttifaqında qadağan olunmuşdu:

“Dəyərli dostum, mərhum professor Şamil Vəliyevlə (Körpülü) “Akademkitab”a getmişdik. Yeni gələn kitabları soruşduq. Albina Petrovna bizi kabinetinə apardı və Ziqmund Freydin əsas əsərlərindən sayılan “Psixoanalizə giriş: mühazirələr” kitabını tövsiyə etdi. Kitabın qiyməti 15 rubl idi. Dərhal aldıq”.

Etibar Əliyev qeyd edib ki, söhbət ötən əsrdən – 1991-ci ilin sentyabrından gedir.

“İndi həmin kitab mağazasının yerində “Kofexana” fəaliyyət göstərir. Bu kitabda Freydin 9-cu, 29-cu və 30-cu mühazirələri “Yuxugörmə” barədədir”, – deyə təhsil eksperti vurğulayıb.

Etibar Əliyev kitab mağazalarının qorunmasının vacibliyinə diqqət çəkib:

“İndi “Akademkitab” heç yuxumuza da girmir. Kitabı və olan-qalan kitab mağazalarını qoruyaq! Axı kitab əsas bilik mənbəyi olmaqla yanaşı, həm də yaddaşdır…”

Vüsalə


media-adspc

Bənzər xəbərlər