media-6799d2d4-40a6-46ed-b6d6-784f8d612faf

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi” çərçivəsində həyata keçirilən “Təhsildə incəsənət” layihəsi üzrə ilk tədbir keçirilib.

ERAmedia xəbər verir ki, layihə çərçivəsində şagirdlərin dram dərnəyində iştirakı təmin olunmaqla onların ünsiyyət, özünüifadə və yaradıcı düşünmə kimi təhsil üçün vacib olan həyati bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə 150 nömrəli tam orta məktəbdə 9–12 və 13–16 yaş qrupları üzrə ümumilikdə 30 şagird üçün dörd ay müddətində fəaliyyət göstərəcək “İncəsənət dərnəyi” yaradılacaq. Dərnək çərçivəsində şagirdlərin aktyorluq, nitq və səhnə bacarıqlarının inkişafı, eləcə də tamaşaların hazırlanması istiqamətində məşğələlər keçiriləcək.

Layihə müddətində Abdulla Şaiqin “Tıq-tıq xanım” və Nəcəf bəy Vəzirovun “Adı var, özü yox” əsərləri əsasında hazırlanan tamaşaların üç dəfə səhnələşdirilməsi və bununla da 300-ə yaxın təhsilalanın yaradıcı prosesə cəlb edilməsi planlaşdırılır.

Xatırladırıq ki, “Təhsildə incəsənət” layihəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi” çərçivəsində 150 nömrəli tam orta məktəbdə həyata keçirilir. Layihənin əsas məqsədi incəsənət vasitəsilə şagirdlərin şəxsi və sosial bacarıqlarının inkişafına dəstək olmaqdır.

Əli Fərhad

 


media-adspc

Bənzər xəbərlər