media-1773851919154514979_1200x630

Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsini elan edir.

Nazirlikdən ERAmedia -ya bildirilib ki, müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.

Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və müəllimlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

Layihə sənədlərinin qəbulu aprelin 13-dən 30-dək www.grants.edu.az saytı üzərindən aparılacaq.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.


media-adspc

Bənzər xəbərlər