Teleradio Akademiyasında “Gələcəyə hazırlıq” mövzusu müzakirə olunub
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində “Mediada rəqəmsal savadlılıq” proqramının ilk təlimi keçirilib.
ERAmedia AZTV.AZ-a istinadən xəbər verir ki, sessiyada “Gələcəyə hazırlıq” mövzusu müzakirə olunub. İştirakçılara rəqəmsallaşma proseslərinə uyğunlaşmaq, yeni çağırışlara hazır olmaq və dəyişikliklərə effektiv reaksiya vermək yolları barədə məlumat verilib.
Qeyd edək ki, proqram çərçivəsində keçirilən təlimlər media nümayəndələrinin rəqəmsal bacarıqlarının inkişafına yönəlib. Təlimlərdə Teleradio Akademiyasının müdavimləri ilə yanaşı Azərbaycanın müxtəlif media qurumlarında çalışan jurnalistlər də iştirak ediblər.










