Televiziya rəhbəri vəzifəsindən azad edildi
“Space” Televiziyasının təsisçisi kanalın baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib.
ERAmedia manset.az-a istinadən xəbər verir ki, hazırda “Space” Televiziyasında bütün idarəetmə və səlahiyyətlər icraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur.
Qeyd edək ki, ötən gün Manset.az xəbər portalı Vado Korovinin vəzifəsindən azad ediləcəyi ilə bağlı xəbəri yayımlamışdı. Kanalın direktor müavini Nəriman Əbdüləliyev xəbəri təkzib edərək bu gün iclas keçiriləcəyini bildirmişdi.









