Təmsilçimiz Sea Breeze 2026″ turnirinin qalibi olub
“Sea Breeze Resort” ərazisində, “Havana Beach”də keçirilən çimərlik polosu üzrə “Sea Breeze 2026” beynəlxalq turnirində bürünc medal uğrunda oyun keçirilib.
ERAmedia xəbər verir ki, bu qarşılaşmada Böyük Britaniyanın “Red star” klubu Rusiyanın “Moskva” komandası ilə üz-üzə gəlib. Britaniya təmsilçisi rəqibinə 9-5 hesabı ilə qalib gələrək turnirin bürünc medalını qazanıb.
Beləliklə, “Red star” klubu “Sea Breeze 2026” beynəlxalq turnirini 3-cü yerdə başa vurub.
Qeyd edək ki, bu gün həlledici görüşdə Azərbaycanın “Elit” komandası və İsveçrənin “Sankt Moritz” klubu üz-üzə gələcək.










