media-fc1c3796161494228011795965110283945

Cəmiyyətdə yazılmamış belə bir qanun var. Yüksək təhsil və təbiyə görmüş şəxsiyyətlərin övladları davranış, mədəniyyət və əxlaq baxımından mütləq seçilməlidirlər. Kənaraçıxma olanda insanları heyrət bürüyür. Məsələn, Sevinc Osmanqızı mənəviyyatsız hərəkətləri ilə jurnalist, yazıçı və publisist atası Osman Mirzəyev şəxsiyyətini urvatsız hala salıb. Azərbaycanın görkəmli filosofu Rəhman Bədəlovun olduqca maraqlı bir fikri var: “Əvvəlcə ovladları atalarına görə tanıyardılar, indi ataları övladlarına görə tanıyırlar”.

ERAmedia xəbər verir ki, bunu Milli Məclisin sabiq deputatı Etibar Əliyev sosial şəbəkə hesabında yazıb.

O əlavə edib ki, filosofun bu fikri zamanı dondurmaq istəyir.

“Osmanqızı tərbiyəsiz və əxlaqsız gədaları başına toplayıb ölkədə formalaşmış milli -mənəvi dəyərləri, əxlaq substansiyasını aşağılamaq istəyini ortaya qoyur. Bumeranq effektini hamı görür, lakin ifrat həyasızlıq onlarda etiraf etmək hissini öldürüb”, – deyə o qeyd edib.

Sabiq deputatın sözlərinə görə, böyük ingilis yazıçısı, Nobel mükafatı laureatı Uilyam Qoldinq “Milçəklər tanrısı” romanında belə qənaətə gəlir ki, insan heyvandan fərqli olaraq mənəviyyata malik məxluqdur.

“Məhz bu xüsusiyyətinə görə o, heyvani keyfiyyətləri və şəri özündən uzaqlaşdırır. Romanın məzmunundan məlum olur ki, uşaqlarda yüksək mənəvi dəyərlərə söykənən davranış kodeksi formalaşdırılmadıqda, cəmiyyət haqqında biliklər verilmədikdə və onların əxlaq tərbiyəsi ilə məşğul olunmadıqda, “pozulmuş” uşaqlarda eybəcərləşmiş tayfa şüuru yaranır. Elmentar əxlaq tərbiyəsi görməmiş sevinc osmanqızı, mehman hüseynov (bu qoduğun özü deyir ki, ata və ana mənim üçün əhəmiyyətsiz bir şeydir) qabil məmmədov, süleyman süleymanlı, tural sadxlı, məhəmməd mirzəli və digərlərində internet dövründə mənəviyyatsızlıq instinkti daha eybəcər formada təzahür edir. Onların ətrafına toplaşanlar birmənalı olaraq termit sürüləridir. Onlarda şüur yoxdur, termitlər kimi kimyəvi reaksiya ilə bir-birilərini hiss edirlər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər