media-photo_5404428761438031492_w

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan məşhur şəxslərə yönəlmiş narkotik işində laboratoriya testləri pozitiv çıxan fenomen Mümine Senna Yıldız sosial media hesabında paylaşdığı videoda göz yaşlarına boğulub.

ERAmedia xəbər verir ki, proses çərçivəsində Melisa Döngel, Ezgi Eyüboğlu, Mümine Senna Yıldız, kikboksçu Recep Men, İsmail Ahmet Akçay, Yiğit Macit, Gizem Türedi və Mehmet Ali Gülün test nəticələri “kokain” pozitiv çıxıb. Aktrisa İrem Sak və fenomen Danla Bilicin isə test nəticələri neqativ olub.

Mümine Senna Yıldızın evində aparılan axtarışda 5 qram narkotik maddə tapılıb.

Xatırladaq ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun “narkotik” işi çərçivəsində Aleyna Tilki, İrem Sak, Danla Bilic və Mümine Senna Yıldız saxlanılıb. Saxlanılanlar məhkəmə-tibb eksperteziya aparılıb və orada qan və saç nümunələri götürülüb. Dörd nəfər əməliyyatlardan sonra sərbəst buraxılıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər