Teymur Musayev: “Hazırda Səhiyyə Nazirliyində islahatlar aparılır
“Hazırda Səhiyyə Nazirliyində islahatlar aparılır”.
ERAmedia xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərə açıqlamasında deyib.
“TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilərmi?”sualına isə nazir cavab verməyib. O bu suallara TƏBİB Müşahidə Şurasının cavab verə biləcəyini bildirib.
T.Musayev həmçinin hazırda fəaliyyətinə icazə verilən plastik cərrahlarla bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, plastik və estetik əməliyyat üçün icazəsi olan cərrahların sayı 45 nəfərdir. Nazirin sözlərinə görə, bu sahədə vəziyyət düzəlib, icazəli cərrahların sayı ilbəil arta bilər.
Səhiyyə Nazirliyi qəzalı və əsaslı təmirə ehtiyacı olan bütün müəssisələri siyahıya alaraq investisiya layihəsinə daxil edib.
Nazir bildirib ki, vəsait ayrıldıqca Səhiyyə Nazirliyi həmin müəssisələri təmir edib, aidiyyəti üzrə təhvil verir.









