media-img_5054
media-bant_master

Səhiyyənin inkişafının əsas şərti və aparıcı qüvvəsi onun yüksək hazırlıqlı kadr potensialıdır. İxtisaslı həkimlərin və orta tibb işçilərinin hazırlığı səhiyyəmizin qarşısında ən ümdə vəzifə kimi dayanır. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün ölkəmizdə tibb təhsilinin keyfiyyətinə daim xüsusi diqqət ayrılır.

ERAmedia xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tibb bacısı və mamalıq sahələri üzrə I beynəlxalq elmi-praktik konfransında çıxışı zamanı deyib.

“Səhiyyə sahəsində aparılan islahatlar, maddi-texniki bazanın möhkəmləndirilməsi, rəqəmsallaşma və yeni texnologiyaların tətbiqi kadr potensialının gücləndirilməsini tələb edir. Bu isə tibb təhsili qarşısında yeni çağırışlar və vəzifələr qoyur”, – deyə o əlavə edib.


media-adspc

Bənzər xəbərlər