media-videoedited
media-1740014423_629582aa-a92a-3c33-b362-3b34391ac04f_850
media-shehidler_olmez_baner_full

Honqkonq beynəlxalq hava limanında yük təyyarəsi uçuş-enmə zolağından kənara çıxıb.

ERAmedia “Reuters”ə istinadən xəbər verir ki, təyyarə zolaqdan çıxaraq dənizə düşüb.

Məlumata görə, Türkiyənin “AirACT” aviaşirkətinə məxsus təyyarə “Emirates” üçün Dubaydan reys həyata keçirirmiş.

Təyyarənin avtomobillə toqquşduğu ehtimal edilir.

“South China Morning Post” isə hadisə nəticəsində 2 nəfərin həlak olduğunu yazıb. Ümumilikdə isə təyyarədə neçə nəfərin olduğu qeyd olunmayıb.

Qəzadan sonra hava limanının şimal uçuş-enmə zolağı bağlanıb, cənub və mərkəzi zolaqlar isə fəaliyyətini davam etdirib.


media-adspc

Bənzər xəbərlər