Tibb Universitetində qız hərbi həkimlər hazırlanacaq
İlk dəfə olaraq Azərbaycan Tibb Universitetində qız hərbi həkimlər hazırlanacaq.
Bu barədə Azərbaycan Tibb Universitetindən məlumat verilib.
Bildirilib ki, onlar oğlanlar kimi forma geyinəcək, təlimlərdə iştirak edəcək, rütbə alacaqlar. Yeni tədris ilində ali təhsil müəssisəsinin Hərbi tibb fakültəsində bu ixtisas üzrə 110 oğlan, 10 qız tələbə adını qazanıb.