Ticarət dövriyyəsində artım: Əməkdaşlıq üçün daha böyük potensial var
Azərbaycan ilə Latviya arasında əlaqələr bütün sahələr üzrə yüksək səviyyədə inkişaf edir, siyasi dialoq isə qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər vasitəsilə davam etdirilir.
ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, iki ölkə arasında əməkdaşlıq son illər daha da intensivləşib və bu dinamika gələcəkdə də qorunacaq.
Deputatın sözlərinə görə, 2025-ci ildə Azərbaycan ilə Latviya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 2,5 faiz artaraq 27,8 milyon dollara çatıb. O qeyd edib ki, qarşılıqlı ticarətdə Latviyanın təxminən 10 milyon dollara yaxın müsbət saldosu müşahidə olunur.
Vüqar Bayramov vurğulayıb ki, mövcud göstəricilərə baxmayaraq, iki ölkə arasında iqtisadi əməkdaşlığın potensialı daha genişdir. Onun fikrincə, qarşılıqlı ticarət dövriyyəsinin artırılması əsas prioritet istiqamətlərdən biri kimi qalır.
Deputat əlavə edib ki, dövlətlərarası münasibətlərin dərinləşməsi növbəti illərdə ticarət dövriyyəsində daha ciddi artımlarla müşayiət olunacaq. O, həmçinin qeyri-neft-qaz ixrac bazarlarının şaxələndirilməsi baxımından Latviya ilə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Vüqar Bayramov hesab edir ki, Latviya Prezidentinin Azərbaycana gözlənilən səfəri iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsində yeni mərhələnin başlanğıcı olacaq və əməkdaşlığa əlavə təkan verəcək.
Vüsalə










