media-adobestock_tiktok_hero

Tik-Tok almanları pərişan elədi.

ERAmedia xəbər verir ki, bunu politoloq Zaur İbrahimli Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, seçkilərdə sağçı populist “Almaniya üçün Alternativ” (AfD) partiyasının ilkin nəticələrə əsasən 44 faiz səs toplaması diqqət çəkən nəticədir.

Zaur İbrahimli bildirib ki, bu qələbədə partiyanın 35 yaşlı əyalət hökumətinin baş nazirliyinə namizədi Uilrix Ziqmundun xüsusi rolu olub:

“Ölkədə ona Tik-Tok ulduzu deyirlər. Geniş kütləyə məhz Tik-Tok vasitəsilə müraciət edir və bu platformaya ciddi önəm verirdi. Bir sıra başqa fundamental səbəblərlə yanaşı, çox bacarıqlı təbliğat da bu qələbədə əsas rol oynayıb”.

Politoloq qeyd edib ki, siyasi kommunikasiyada yeni mərhələ başlayır:

“Gözümüz qarşısında yeni kommunikasiya vasitələri əsas siyasi alətə çevrilir. İndi siyasətçilər yaxşı video çəkə bilməli, fikirlərini geniş auditoriyaya çatdırmağı bacarmalı və ən əsası, bir dəqiqə ərzində özlərini insanlara anlada bilməlidirlər”.

Zaur İbrahimlinin fikrincə, sosial media artıq yalnız seçki kampaniyasının köməkçi vasitəsi deyil, siyasi mübarizənin əsas platformalarından birinə çevrilir. Bu isə partiyalardan və siyasətçilərdən ənənəvi siyasi ritorika ilə yanaşı, yeni media alətlərindən peşəkar istifadə bacarığı tələb edir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər