media-17725356245288710413_1200x630

Yarışa çox yaxşı hazırlaşmışdıq və nəticədə çempion oldum.

ERAmedia xəbər verir ki, bu sözləri Albaniyanın paytaxtı Tiranada keçirilən reytinq turnirində qızıl medal qazanan Nihat Məmmədli (60 kiloqram) federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Yunan-Roma güləşi üzrə milli komandanın üzvü yarış və gələcək hədəflərlə bağlı təəssüratlarını bölüşüb: “Çəkisalma prosesi rahat keçdi. Uzun müddət yarışlarda iştirak etmədiyim üçün çəkisalmada problem yaşamadım. Ona görə də yarış vaxtı özümü çox yaxşı hiss edirdim. Güclü rəqiblər var idi. Amma görünür, mən daha hazırlıqlı idim. Bütün rəqiblərimə qalib gələrək çempion oldum. Finalda üz-üzə gəldiyim komanda yoldaşım Nihad Quluzadə ilə uzun illərdir bir yerdə məşq edirik. Görüşün başa-baş mübarizə şəraitində keçəcəyini bilirdim. Çünki bir-birimizi çox yaxşı tanıyırıq. Belə vəziyyətdə fərqli nəsə etmək çətin olur”.

O, titulunu qorumaq üçün çalışacağını bildirib: “Qarşıdan Avropa çempionatı gəlir. Hədəf bəllidir: çempion olmaq. Bu yarışdakı titul Avropa çempionatı öncəsi böyük stimul oldu. Öz gücümə inanıram. İnşallah, üçqat Avropa çempionu olaram. Titulu qorumaq üçün əlimdən gələni edəcəyəm. Ötən il qabırğam sındı, gözlərimdə problem yarandı. Şükürlər olsun, indi tam hazıram. Heç bir zədəm, ağrım yoxdur. Avropa çempionatından sonra hədəfim indiyə qədər 60 kq-da medal qazana bilmədiyim dünya çempionatında uğur qazanmaq olacaq”.


media-adspc

Bənzər xəbərlər