media-1711626168_torpaq_180523_2

Torpaqların konsolidasiyası üzrə pilot layihələrin nəticələrinə uyğun olaraq ölkə hesabatı hazırlanacaq və mexanizmin ölkə üzrə tətbiqinə başlanılacaq.

ERAmedia xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bildirib.

Şöbə müdiri ölkə üzrə demək olar ki, bütün rayonlarda torpaqların konsolidasiyasına ehtiyac olduğunu vurğulayıb.

“Bildiyiniz kimi, indiki məqamda konsolidasiyanın icrası üçün müvafiq qanunvericilik aktlarına dəyişikliklər edilib və bu formada icraata başlanılıb. Qanun layihəsində nəzərdə tutulan mexanizm pilot layihədən sonra müəyyənləşəcək. Bunlar hamısı pilot layihənin gedişatından və onun nəticəsindən asılı olacaq”, – deyə Firudin Tağıyev bildirilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihə olaraq tətbiq edilməsi üzrə tədbirin icrası çərçivəsində Dünya Bankı ilə birgə Qəbələ və Salyan rayonlarında torpaqların konsolidasiyası üzrə iki pilot layihənin həyata keçirilməsi nəzərdə tutulub. İlkin təhlillər nəticəsində seçilmiş ərazilərin Azərbaycanda ilk dəfə həyata keçiriləcək torpaq konsolidasiyası layihələrinin icrası üçün əlverişli olduğu müəyyənləşdirilib və Türkiyə təcrübəsi əsasında ilkin yol xəritəsi


media-adspc

Bənzər xəbərlər