media-1-2-768x403

“Tovuz rayonunda ana və 11 yaşlı övladının küçə mühitində yaşaması ilə bağlı daxil olmuş məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb”.

ERAmedia xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu öz sosial media hesabında bildirib.

O qeyd edib ki, aparılmış ilkin araşdırmalar və mövcud vəziyyətin qiymətləndirilməsi nəticəsində aidiyyəti qurumlarla birgə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib.

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Tovuz Rayon İcra Hakimiyyəti tərfindən 11 yaşlı uşaq  Rayon Mərkəzi Xəstəxanasına, ana isə ixtisaslaşmış tibbi yardımın göstərilməsi məqsədilə psixiatriya profilli tibb müəssisəsinə yerləşdirilib.

Uşağın sağlamlıq vəziyyəti xəstəxanada müvafiq tibbi müayinələrdən keçirildikdən sonra onun mənafeyinin, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.

Məsələ aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır və uşağın hüquqlarının qorunması istiqamətində müvafiq işlər davam etdirilir”, – deyə o əlavə edib.


media-adspc

Bənzər xəbərlər