media-videoedited
media-1711537579_3b03f555-c279-34fb-b1c2-0834c60086ab_850-1
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

İmişli rayonunda toyda zəhərlənənlərin sayı 53 nəfərə çatıb.

ERAmedia Oxu.az-a istinadən xəbər verir ki, sentyabrın 24-də saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 53 nəfər (4-ü uşaq olmaqla 21-i kişi, 3-ü uşaq olmaqla 32-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər (kişi cinsli) iltizamnaməsi alınaraq ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər