media-17898461244507844935_1200x630

Türkiyə Super Liqasında növbəti turun oyunlarından biri keçirilib.

ERAmedia xəbər verir ki, “Trabzonspor” doğma meydanda “Qalatasaray”ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Trabzonspor”un heyətində Məhəmməd Salah het-trik edib. O, 4-cü, 44-cü və 80-ci dəqiqələrdə fərqlənib. Digər qolu isə 39-cu dəqiqədə Savio vurub.

“Qalatasaray”dan Çimuanya Uqoçukvu 87-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.


media-adspc

Bənzər xəbərlər