media-hrmuz_boaz

ABŞ prezidenti Donald Trump İranın Hörmüz boğazı üzərindən keçən gəmiləri müşayiət edən ABŞ hərbi gəmilərinə hücum edəcəyi təqdirdə, bu ölkənin “yer üzündən silinəcəyini” bildirib.

ERAmedia xəbər verir ki, Tramp “Fox News” telekanalına müsahibəsində İranla Hörmüz boğazında artan gərginliyi dəyərləndirib.

O qeyd edib ki, İranın ABŞ ordusuna məxsus və boğazdan keçən gəmiləri müşayiət edən hərbi gəmilərə hücumu ciddi nəticələrə səbəb olacaq.

ABŞ ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İranın Hörmüz boğazında ABŞ hərbi gəmiləri və kommersiya gəmilərinə hücum etdiyini, cavab olaraq İrana məxsus 6 katerin batırıldığını açıqlayıb.

CENTCOM komandanı, admiral Bred Kuper bildirib ki, ABŞ ordusu “mülki gəmiləri hədəf alan” İran qüvvələrinə qarşı tədbir görərək həmin 6 kateri məhv edib.

Məlumatlara görə, İran Hörmüz boğazından keçməyə çalışan və Cask adası yaxınlığında dəniz hərəkətini təhlükəyə atan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir gəmini iki raketlə hədəfə alıb.

İranın yarırəsmi “Tesnim” xəbər agentliyi tərəfindən yayılan xəbərdə bildirilib ki, ABŞ-a məxsus gəmi radarını söndürərək boğaza yaxınlaşmağa çalışıb və radarını yenidən aktivləşdirərkən aşkarlanıb.

Xəbərdə qeyd olunub ki, İran tərəfi ABŞ gəmisinə “atəşkəsi pozduğu” ilə bağlı xəbərdarlıq mesajları göndərib. Gəmi bu xəbərdarlıqlara məhəl qoymadıqdan sonra İran ordusu gəminin ətrafına xəbərdarlıq məqsədilə qanadlı raketlər, pilotsuz uçuş aparatları və raketlər buraxıb.

Digər tərəfdən, CENTCOM İranın ABŞ hərbi gəmisinə iki raketlə hücum etməsi ilə bağlı iddiaların əsassız olduğunu bəyan edib.

Vural


media-adspc

Bənzər xəbərlər