media-videoedited
media-qeg50acatwuo6mfypnobx2pmjdp4cdhfsh6zj22h_1200
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

ABŞ lideri Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı danışıqlardan danışıb.

ERAmedia xəbər verir ki, Tramo bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında bəhs edib. “Onlar (Azərbaycan və Ermənistan liderləri – red.) Oval kabinetdə söhbətə başlayarkən mövqeləri bir-birlərindən çox uzaq idi. Biz bir saat birgə olduğumuz müddətdə onların mövqeyi getdikcə yaxınlaşdı və söhbətin sonunda biz bir-birimizi bağrımıza basdıq”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki, avqustun 8-də Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Bundan başqa, Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişi paraflayıblar.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər