Tramp Birləşmiş Krallıqda səfərdədir
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Krallığa səfərə gəlib.
ERAmedia xəbər verir ki, onun olduğu təyyarə Stansted Hava Limanına eniş edib.
Onu da qeyd ki, sentyabrın 17-də Trampın görüşləri başlanılır. Rəsmi olaraq Vindzor qəsrinin şərq çəmənliyindən və London qülləsindən eyni vaxtda atılan atəşlə salamlama mərasimi keçiriləcək. Daha sonra onlar Kral Çarlz, Kraliça Kamilla, Şahzadə Uilyam və Şahzadə Ketrinlə birlikdə faytonla Vindzor malikanəsinə yola düşəcəklər. Kral ailəsi Tramp ailəsini kral kolleksiyasına ekskursiyaya aparacaq. Tramp və birinci xanım daha sonra Kraliça II Elizabetanın məzarı önünə əklil qoymaq üçün Müqəddəs Georgi kilsəsini ziyarət edəcəklər. Növbəti gün isə Tramp Vindzor sarayından ayrılacaq və Baş nazir Kir Starmerlə görüşü nəzərdə tutulub.
Sonda birgə mətbuat konfransı da keçirəcək.