Tramp bu ölkələrlə bağlı zarafat etdi
ABŞ prezidenti Donald Tramp zarafatla Venesuela, Kanada və Qrenlandiyanın ABŞ-ın tərkibinə mümkün daxil olması barədə fikirlər səsləndirib.
ERAmedia xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
“Qrenlandiyanı 51-ci ştat etməyi heç vaxt planlaşdırmamışam. Mən Kanadanı 51-ci ştat etmək istəyirəm. Qrenlandiya 52-ci ştat olacaq. Venesuela isə 53-cü ola bilər”, – deyə Tramp Vaşinqtonda keçirilən qəbul zamanı bildirib.
ABŞ lideri zarafatla çıxış edərək, bəlkə də nitqini yarımçıq saxlayıb ABŞ-ın Qrenlandiyaya müdaxiləsinə şəxsən nəzarət etməli olacağını deyib. Daha sonra isə əlavə edib: “Biz Qrenlandiyaya hücum etməyəcəyik. Biz onu sadəcə alacağıq”.
Tədbir zamanı Tramp həmçinin özü tərəfindən Federal Ehtiyat Sisteminin (ABŞ-ın mərkəzi bankı funksiyasını yerinə yetirən qurum) idarə heyətinin sədri vəzifəsinə namizəd göstərilmiş Kevin Uorşla bağlı da zarafat edib. “Əgər o, əsas faiz dərəcəsini azaltmasa, mən onu məhkəməyə verəcəyəm”, – deyə Tramp bildirib.
Bir qədər sonra jurnalistlərə açıqlamasında ABŞ prezidenti dediklərinin böyük hissəsinin “zarafat” olduğunu vurğulayıb.
Vural










